Bankçılıq
172

Azərbaycanın bank sektorunun xalis mənfəəti 5%-dən çox azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 5%-dən çox azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 437,7 milyon manat xalis mənfəət əldə edib.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azdır.

8 ay ərzində bankların əməliyyat gəlirləri 1 693,5 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1,55% az), əməliyyat xərcləri 1 074,8 milyon manat (2,35% az), xüsusi ehtiyatlara ayırmaları 74,2 milyon manat (41,2% az), mənfəət vergisi ödəmələri isə 106,9 milyon manat (2 dəfə çox) təşkil edib. 

Bölmədən olan bütün xəbərlər