İnvestisiya
152

“AzerGold”un istiqrazlarına tələb təklifi 3 dəfəyə yaxın üstələyib

“AzerGold”un istiqrazlarına tələb təklifi 3 dəfəyə yaxın üstələyib

Bu gün “Bakı Fond Birjası” QSC-də “AzerGold” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Renkinq” xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 100 min ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqraz (10 000 000 dollar məbləğində) çıxarılıb.

İstiqrazlara 40 investor qiymət intervalı 100 dollar (4.00%) və 102,8587 dollar (3.00%) olan 88 sifariş təqdim edib.

Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,81 dollar (3,71%), orta ölçülmüş qiyməti isə 101,7493 dollar (3,38%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 592 600 dollar təşkil edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. 

Bölmədən olan bütün xəbərlər