Digər
83

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Renkinq" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 2 faiz bəndi artırılaraq 8,25%-dən 10,25%-ə çatdırılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0,75% azaldılaraq 12%-dən 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25%-dən 10,75%-ə, martın 17-də keçirilmiş iclasında 10,75%-dən 9,75%-ə, aprelin 22-də keçirilmiş iclasında 9,75%-dən 8,75%-ə, mayın 21-də keçirilmiş iclasında isə 8,75%-dən 8,25%-ə endirilmişdi.

Bölmədən olan bütün xəbərlər