İnvestisiya
112

“AzerGold”un istiqrazları hərraca çıxarılıb

“AzerGold”un istiqrazları hərraca çıxarılıb

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “AzerGold” QSC-nin faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının 10 milyon ABŞ dolları məbləğində I tranşının yerləşdirilməsi üzrə hərrac keçirilir.

“Renkinq” xəbər verir ki, hərrac bir neçə saat davam edəcək və nəticələr də elə bu gün açıqlanacaq.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə sözügedən istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdirilib. Söhbət hər birinin nominal dəyəri 100 dollar olan 100 min ədəd istiqrazdan gedir. 3 il müddətində tədavüldə olacaq istiqrazların illik gəlirliliyi 4%-dir. Faizlər rübdə bir dəfə ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) 1 fevral 2023-cü ilə qədər vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.

Bölmədən olan bütün xəbərlər