İnvestisiya
109

"Azfinance" aktivlərindən ən yaxşı istifadə edən investisiya şirkətidir

Azərbaycanda fəaliyyət göstərən 8 investisiya 2019-cu ili 2,484 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 55,87 milyon manat məbləğində aktivlərin 4,4%-i qədərdir.

Bu, "Renkinq"in apardığı araşdırma nəticəsində məlum olub.

Ayrı-ayrı investisiya şirkətlərində isə sözügedən nisbət fərqlidir. Belə ki, ötən ildən mənfəətlə çıxmış 6 investisiya şirkəti arasında aktivlərindən ən yaxşı istifadə edəni "Azfinance" olub. Onun əldə etdiyi xalis mənfəət aktivlərinin 11,3%-ni təşkil edib. Baxmayaraq ki, "Azfinance" aktivlərinin məbləğinə görə, ölkədə 5-cidir.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Xalq Kapital" tutub. Bu investisiya şirkəti 2019-cu ildə aktivlərinin 11,1%-i qədər xalis mənfəət əldə edib. Halbuki, "Xalq Kapital" aktivlərinin məbləğinə görə, 8 investisiya şirkəti arasında 7-ci yerdə qərarlaşıb.

3-cü yerə isə "PAŞA Kapital" sahib çıxıb. Bu investisiya şirkətinin ötənilki xalis mənfəəti aktivlərinin 7%-i qədər olub. Bu arada, "PAŞA Kapital" aktivlərinin məbləğinə görə, investisiya şirkətləri arasında 2-ci yerdədir.

İnvestisiya şirkətinin adı

Şirkətin ötənilki xalis

mənfəətinin / zərərinin

aktivlərinə nisbəti

1

Azfinance

11,3%

2

Xalq Kapital

11,1%

3

PAŞA Kapital

7,0%

4

Unicapital

6,7%

5

İnvest-AZ

4,7%

6

PSG Kapital

2,2%

7

BTB Kapital

-0,4%

8

Plato Capital and Co.

-26,0%

 

Orta hesabla

4,4%

Bölmədən olan bütün xəbərlər