İnvestisiya
98

Azərbaycanda 2 investisiya şirkəti ötən ili zərərlə başa vurub

Azərbaycanda 2 investisiya şirkəti ötən ili zərərlə başa vurub

Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 2-si 2019-cu ili zərərlə başa vurub.

"Renkinq" xəbər verir ki, bunlar "BTB Kapital" və "Plato Capital and Co." investisiya şirkətləridir.

Qalan 6 investisiya şirkəti isə ötən il müxtəlif məbləğlərdə xalis mənfəətə nail olub. Bu baxımdan ən yüksək göstərici "PAŞA Kapital" (842 min manat), ən aşağı göstərici isə "Xalq Kapital" (68 min manat) investisiya şirkətlərində qeydə alınıb.

2019-ci ildən zərərlə çıxmış 2 investisiya şirkətində bu göstərici azalıb, xalis mənfəəti olmuş 6 investisiya şirkətindən isə 3-də - "PAŞA Kapital", "Unicapital" və "PSG Kapital"da bu göstərici artıb, qalanlarında azalıb.

Bölmədən olan bütün xəbərlər