İnvestisiya
157

Azərbaycanda 1 investisiya şirkəti ötən il mənfəət vergisi ödəməyib

Azərbaycanda 1 investisiya şirkəti ötən il mənfəət vergisi ödəməyib

Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 1-i 2019-cu ildə mənfəət vergisi ödəməyib.

"Renkinq" xəbər verir ki, bu, "BTB Kapital" investisiya şirkətidir.

Adı çəkilən maliyyə qurumu mənfəət vergisi ödəmələrinə 3 min manat qənaət edib.

Qalan 7 investisiya şirkəti isə ötən il müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Bu baxımdan ən yüksək göstərici "PAŞA Kapital" (228 min manat), ən aşağı göstərici isə "Plato Capital and Co." (2 min manat) investisiya şirkətlərində qeydə alınıb.

2019-cu ildə mənfəət vergisi ödəmələrinə qənaət etmiş "BTB Kapital"da bu göstərici azalıb. Mənfəət vergisi ödəmiş 7 investisiya şirkətindən isə 1-də - "Xalq Kapital"da bu göstərici azalıb, qalanlarında artıb. Bu baxımdan ən yüksək dinamika "Plato Capital and Co." (2,3 dəfə), ən aşağı dinamika isə "Unicapital" (2,3%) investisiya şirkətlərində qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər