İnvestisiya
106

Azərbaycanda 2 investisiya şirkəti vergiyəqədərki zərərlə üzləşib

Azərbaycanda 2 investisiya şirkəti vergiyəqədərki zərərlə üzləşib

Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 2-nin 2019-cu ildə vergiyəqədərki mənfəəti olmayıb.

"Renkinq" xəbər verir ki, bunlar "BTB Kapital" və "Plato Capital and Co." investisiya şirkətləridir.

Qalan 6 investisiya şirkəti isə ötən il müxtəlif məbləğlərdə vergiyəqədərki mənfəətə nail olub. Bu baxımdan ən yüksək göstərici "PAŞA Kapital" (1,071 milyon manat), ən aşağı göstərici isə "Xalq Kapital" (86 min manat) investisiya şirkətlərində qeydə alınıb.

2019-ci ildə vergiyəqədərki zərərlə üzləşmiş 2 investisiya şirkətində bu göstərici azalıb, vergiyəqədərki mənfəəti olmuş 6 investisiya şirkətindən isə 3-də - "PAŞA Kapital", "Unicapital" və "PSG Kapital"da bu göstərici artıb, qalanlarında azalıb. 

Bölmədən olan bütün xəbərlər