Digər
162

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 6,75%-dən 6,5%-ə endirilməsi barədə qərar qəbul edib. 

"Renkinq" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, faiz dəhlizinin yuxarı həddi 7%, aşağı həddi isə 6% müəyyən olunub.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə oktyabrın 30-da baxacaq. 

Bölmədən olan bütün xəbərlər