Bankçılıq
192

“Bank VTB Azərbaycan” Sahibkarlığın İnkişafı Fondu ilə yeni əməkdaşlığa başlayıb

“Bank VTB Azərbaycan” Sahibkarlığın İnkişafı Fondu ilə yeni əməkdaşlığa başlayıb

“Bank VTB Azərbaycan” ASC İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə imzaladığı razılaşmaya əsasən, biznes üçün güzəştli kreditləşməyə başlayır.Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün illik 5%-ilə, sərfəli şərtlərlə kredit əldə edə biləcəklər. Kreditlərin maksimal məbləği 10 milyon manat, maksimal müddəti isə 10 il  təşkil edir.

Bundan başqa, müştərilərə güzəştli müddətdən istifadə etmək imkanı verilir ki, bu dövr ərzində sahibkarlar təkcə kredit üzrə faizləri ödəyirlər.

“Bank VTB Azərbaycan”ın Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığı stratejidir və bankın uzunmüddətli inkişaf planlarına tamamilə uyğundur. Bu, sahibkarlar üçün kredit resurslarına çıxış imkanlarını genişləndirməyə və onlara bankla tərəfdaşlıq çərçivəsində biznes layihələrini reallaşdırmağa imkan verəcək”, - deyə “Bank VTB Azərbaycan”ın İdarə Heyətinin sədri Yevgeni Kirin bildirib.   

Xatırladaq ki, Bank koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dəstək proqramları çərçivəsində də Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edir. Bu proqramlar üzrə ətraflı məlumatı bankın saytından əldə etmək mümkündür. 

Bölmədən olan bütün xəbərlər