Bankçılıq
152

Elektron Kredit Platforması üzərindən cəmi 53 milyon manat kredit verilib

Elektron Kredit Platforması üzərindən cəmi 53 milyon manat kredit verilib

Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün İqtisadiyyat Nazirliyinin yaratdığı Elektron Kredit Platforması üzərindən (www.e-edf.gov.az) indiyə qədər 765,3 milyon manatlıq biznes krediti sifarişi üzrə 2 700-dən çox müraciət qeydiyyata alınıb.

"Renkinq" xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, artıq 253 müraciət üzrə ümumi məbləği 52,6 milyon manat olan kreditlərin ayrılması barədə qərar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat veriləcək. 

Bölmədən olan bütün xəbərlər