Sığorta
95

“AXA Mbask”ın zərəri 12 dəfə artıb

“AXA Mbask”ın zərəri 12 dəfə artıb

“AXA Mbask” Sığorta Şirkəti ASC bu ilin I yarısını 2,125 milyon manat zərərlə başa vurub.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövünə nisbətən 12 dəfə çoxdur.

Yanvar-iyun aylarında “AXA Mbask”ın gəlirləri 1,282 milyon manat (illik müqayisədə 82,5% az), xərcləri isə 3,407 milyon manat (54,5% az) təşkil edib.

Bu il iyulun 1-nə “AXA Mbask”ın aktivləri 14,792 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 49,6% və yaxud təxminən 2 dəfə azdır. Hesabat dövründə sığorta şirkətinin öhdəlikləri 95,65% azalaraq 288 min manata, balans kapitalı isə 36,2% azalaraq 14,504 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər