Bankçılıq
95

"Azərbaycan Beynəlxalq Bankı" bu il də səhmdarlarına dividend ödəməyə qərar verib

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

"Renkinq" Banka istinadən xəbər verir ki, yığıncaq koronavirus pandemiyasının yaratdığı məhdudiyyətləri nəzərə almaqla baş tutub.

Belə ki, materiallarla tanışlıq və səhmdarların səsverməsi qiyabi formada olub. 

Yığıncaqda ABB-nin, kənar auditorun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyyə etdiyi 2019-cu il üzrə maliyyə hesabatı təsdiqlənib. Daha sonra bildirilib ki, son illər həyata keçirilən tədbirlər nəticəsində Bankın kapital mövqeyi, maliyyə dayanıqlılığı, mənfəətliliyi təmin edilib. 2018-ci ildə olduğu kimi, 2019-cu ildə də qazanılmış mənfəət səhmdarlara dividend ödəməyə imkan verir. Beləliklə, yığıncaqda ötən ilin maliyyə nəticələrinə əsasən, hər səhm üzrə 3,26 qəpik olmaqla ümumilikdə 150 milyon manat dividendin ödənilməsi qərara alınıb. 

Bununla yanaşı,səhmdarlar ABB-nin nizamnaməsini yeni redaksiyada təsdiqləyiblər. Təqdim edilən materiallarda səhmdarlara Bankın missiya və strateji baxışı barədə də məlumat verilib. 

Bölmədən olan bütün xəbərlər