Büdcə
72

Azərbaycan bu il xalis maliyyə aktivlərini 800 milyon dollar artırıb

Azərbaycan bu il xalis maliyyə aktivlərini 800 milyon dollar artırıb

Bu ilin I yarısında Azərbaycanın xalis maliyyə aktivlərinin artımı 803,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,6% çoxdur.

"Renkinq" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, xalis maliyyə aktivlərinin artımı xaricə yönəldilmiş birbaşa investisiyaların 519 milyon dollar artması (1 il əvvələ nisbətən 58,3% az), portfel investisiyalarının 49 milyon dollar azalması (1 il bundan əvvəl artım olub) və digər investisiyaların 333,1 milyon dollar artması (1 il bundan əvvəl azalma olub) hesabına baş verib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər