Büdcə
61

Bakı Şəhər İcra Hakimiyyəti 4,3 milyon manatlıq tenderlərə yekun vurub

Bakı Şəhər İcra Hakimiyyəti 4,3 milyon manatlıq tenderlərə yekun vurub

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi mebel və avadanlıqların (1), maşın və avadanlıqların (2), eləcə də yanğınsöndürən balonların doldurulması və tədbir üçün müxtəlif kostyumların (3) alınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

"Renkinq" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC-dir.

Qalib şirkətə müvafiq olaraq 1 301,5 min manat, 1 536,4 min manat və 1 484,4 min manat, ümumilikdə isə 4 322,3 min manat ödəniləcək.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər