İnvestisiya
66

Azərbaycanda 3 investisiya şirkətinin öhdəlikləri 8 milyon manatdan çoxdur

Azərbaycanda 3 investisiya şirkətinin öhdəlikləri 8 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün bu il yanvarın 1-nə öhdəlikləri 8 milyon manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "PSG Kapital" (18,273 milyon manat), "PAŞA Kapital" (9,501 milyon manat) və "İnvest-AZ" (8,958 milyon manat) investisiya şirkətləridir.

Qalan 5 maliyyə qurumundan 1-nin öhdəlikləri 4-5 milyon manat arasında, 4-nün öhdəlikləri isə 1 milyon manatdan azdır.

8 investisiya şirkətindən 4-ü ötən il öhdəliklərini azaldıb. Bunlar "İnvest-AZ", "PSG Kapital", "Xalq Kapital" və "Azfinance" investisiya şirkətləridir. Qalan 4 investisiya şirkəti isə öhdəliklərini artırıb.

Bölmədən olan bütün xəbərlər