İnvestisiya
70

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu cüzi artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu cüzi artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 8 682,4 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% çox vəsait yönəldilib.

“Renkinq” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar 19% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsait isə 10,5% azalıb. İstifadə olunmuş vəsaitin 5 829,5 milyon manatı və yaxud 67,1%-i məhsul istehsalı sahələrinə, 2 030,6 milyon manatı və yaxud 23,4%-i xidmət sahələrinə, 822,3 milyon manatı və yaxud 9,5%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 356 milyon manatını və yaxud 61,7%-ni daxili vəsaitlər təşkil edib, 5 349,7 milyon manatı və yaxud 61,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

İnvestisiya qoyuluşunun ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,4%, büdcə vəsaitləri 22,7%, bank kreditləri 6,1%, əhalinin şəxsi vəsaitləri 5,8%, sair vəsaitlər 4%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2% təşkil edib.

2020-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, modul tipli hospital, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı, “Böyükşor” və “Əhmədli” elektrik yarımstansiyaları, S.Bəhlulzadə adına Mədəniyyət Evi, Naxçıvan MR-da 2 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, modul tipli xəstəxana, Gəncə şəhərində tikinti materialları istehsalı zavodu, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Mingəçevir şəhərində Dövlət Rəmzləri Muzeyi, Şəki şəhərində modul tipli xəstəxana, 200 çarpayılıq xəstəxana binası, Abşeron rayonunda modul tipli xəstəxana, Ağcabədi rayonunda “Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafa rayonunda “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Kompleksi, Balakən rayonunda regional “ASAN xidmət” mərkəzi, Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, Goranboy rayonunda “Azərxalça”nın filialı, İsmayıllı rayonunda modul tipli xəstəxana, Kürdəmir rayonunda “ASAN Həyat” kompleksi, “Azərxalça”nın filialı, Qazax rayonunda əhəng zavodu, “Azərxalça”nın filialı, Qəbələ rayonunda modul tipli xəstəxana, Qobustan rayonunda modul tipli xəstəxana, Tərtər rayonunda Olimpiya İdman Kompleksi, Dövlət Rəmzləri Muzeyi, “Azərxalça”nın filialı, Tovuz rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça”nın filialı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Bölmədən olan bütün xəbərlər