Digər
194

Özbəkistan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Özbəkistan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Özbəkistan Mərkəzi Bankı (ÖMB) uçot dərəcəsinin 15%-dən 14%-ə endirilməsi barədə qərar qəbul edib. 

“Renkinq” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

ÖMB bəyan edib ki, faizin azaldılması ölkədə inflyasiyanın yavaşlaması ilkin şərtlərin gücləndirilməsi, iqtisadiyyatda real faiz dərəcələrinin qorunması, koronavirus pandemiyası şəraitində inflyasiya hədəfi ilə iqtisadi aktivlik arasında tarazlığa nail olunması məqsədi daşıyır. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər