Qeyri-bankçılıq
178

"Para" BOKT-a məxsus konsaltinq şirkətinin direktoru dəyişib

"Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) ötən ilin sonunda yaratdığı "Para Consulting" QSC-nin direktoru Qüdrət Babayev vəzifəsindən azad edilib. 

"Renkinq" xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik Hamlet Quliyevə həvalə olunub. 

Xatırladaq ki, "Para Consulting" "Para" BOKT-la eyni hüquqi ünvanda Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60-da qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 2 min manatdır. 

Bölmədən olan bütün xəbərlər