Digər
161

BVF: Dünya iqtisadiyyatı bu il və gələn il 12 trilyon dollar itirəcək

BVF: Dünya iqtisadiyyatı bu il və gələn il 12 trilyon dollar itirəcək

"Qlobal iqtisadiyyatda qismən və nizamsız bir bərpa prosesi gözləyirik. Koronavirus pandemiyası nəticəsində dünya iqtisadiyyatının bu il və gələn il 12 trilyon ABŞ dolları itirəcəyini deyə bilərik"

“Renkinq” xarici mətbuata istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva iqtisadi inkişafın maliyyələşdirilməsi ilə bağlı onlayn tədbirdə deyib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında bəzi bərpa əlamətləri var, xüsusilə may ayından bəri iqtisadi göstəricilər daha “az qaranlıq”dır.

“Pandemiyanın bəzi inkişaf etmiş iqtisadiyyatlara vurduğu zərər gözləniləndən daha az olub. Bu dövdə iqtisadiyyata siyasi müdaxilələri dəstəkləyirik. Pandemiya dövründə hökumətlər 11 trilyon dollarlıq maliyyə tədbirləri həyata keçirib. Mərkəzi banklar bu dövrdə böyük məbləğdə likvidlik verməklə, milli və digər ölkələrin iqtisadiyyatlarını dəstəkləməklə möcüzələr yaradıblar”, - deyə BVF prezidenti bildirib.

K. Georgieva qeyd edib ki, rəhbərlik etdiyi qurum tarixində ilk dəfə 80-dən çox ölkəyə təcili maliyyə dəstəyi verib, müntəzəm kredit proqramları ilə maliyyələşdirib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər