Qeyri-bankçılıq
197

“Aqrarkredit” BOKT bu ilin I yarısında 6 milyon manata yaxın mənfəət əldə edib

“Aqrarkredit” BOKT bu ilin I yarısında 6 milyon manata yaxın mənfəət əldə edib

“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) bu ilin I yarısını 5,6 milyon manat mənfəətlə başa vurub.

“Renkinq” bu barədə BOKT-uin maliyyə hesabatına istinadən xəbər verir.

Bu il iyulun 1-nə “Aqrarkredit”in aktivləri 12 423,9 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1,6% azdır. Bunun 12 037,4 milyon manatı “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən qəbul olunmuş aktivlərdir. I yarımildə bu rəqəm 1,7% azalıb.

Hesabat tarixinə BOKT-un kredit portfeli isə 63 milyon manat olub ki, bu da 6 aylıq müqayisədə 17,9% azdır.

Yanvar-iyun aylarında maliyyə qurumunun öhdəlikləri 1,7% azalaraq 12 393,2 milyon manata düşüb, balans kapitalı isə 22,65% artaraq 30,7 milyon manata çatıb. 

Bölmədən olan bütün xəbərlər