Sığorta
490

"İpək Yolu Sığorta"nın səhmdarı dəyişib

"İpək Yolu Sığorta" ASC-nin səhmlərinin 19,05%-nə nəzarət edən "Silk Vey Aviaşirkəti" MMC payını onunla eyni holdinqdə təmsil olunan "ASG Business Aviation" MMC-yə ötürüb.

"Renkinq" bu barədə sığorta şirkətinə istinadən xəbər verir.

Bu arada, sentyabrın 15-də, saat 10:00-da "İpək Yolu Sığorta"nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 4/186 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "İpək Yolu Sığorta"nın səhmdarının dəyişməsi ilə əlaqədar şirkətin nizamnaməsinə dəyişiklik edilməsi, eləcə də Direktorlar Şurası üzvlərinin səlahiyyət müddətlərinin növbəti müddətə yenidən təsdiqlənməsi məsələləri daxildir.

Bölmədən olan bütün xəbərlər