Bankçılıq
411

Azərbaycanda 7 bankın xüsusi ehtiyatlara ayırmaları azalıb

Azərbaycanda 7 bankın xüsusi ehtiyatlara ayırmaları azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu ilin I rübündəki xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrünə nisbətən çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Bank Avrasiya", "Günay Bank", "Rabitəbank", "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan", "Yelo Bank" və "Naxçıvan Bank"dır.

Ən yüksək dinamika "Bank Avrasiya"da (16,6 dəfə), ən aşağı dinamika isə "Naxçıvan Bank"da (6,1%) qeydə alınıb.

7 bankın - "Xalq Bank", "AFB Bank", "Ziraat Bank Azərbaycan", "Bank Respublika", "Muğan Bank", "Access Bank" və İran Milli Bankının Bakı filialının isə xüsusi ehtiyatlara ayırmaları illik müqayisədə az olub. Ən çox azalma İran bankında (99,1%), ən az azalma isə "Xalq Bank"da (5,1%) qeydə alınıb.

2 bankın - "Express Bank" və "Premium Bank"ın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti artıb. Müvafiq olaraq 8,4 dəfə və 3,4 dəfə.

2 bankın - "Bank VTB Azərbaycan" və "Azərbaycan Beynəlxalq Bankı"nın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti azalıb. Müvafiq olaraq 33,5% və 91,8%.

4 bank - "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku" və "Turan Bank" bu ilin yanvar-iyun aylarında xüsusi ehtiyatlar üzrə vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 4 bank - "Azərbaycan Sənaye Bankı", "Kapital Bank", Pakistan Milli Bankının Bakı filialı və "Unibank" isə bu ilin I yarısında xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə isə vəsait ayırıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər