Bankçılıq
398

Azərbaycanda 8 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb

Azərbaycanda 8 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-i bu ilin I yarısında xüsusi ehtiyatlara vəsait ayırmayıb.

"Renkinq" xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, "Azərbaycan Sənaye Bankı", "Unibank", "Express Bank", "Bank VTB Azərbaycan", "Premium Bank", "Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank"dır.

Başqa sözlə, bu banklar xüsusi ehtiyatlar üzrə ayırmalara müxtəlif məbləğlərdə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (38,036 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (2 min manat) qeydə alınıb.

Qalan 18 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Bu baxından ən yüksək göstərici "Xalq Bank"da (13,242 milyon manat), ən aşağı göstərici isə "Bank of Baku"da (103 min manat) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər