Sığorta
421

"Rəvan Sığorta" bu ilin I yarısını zərərlə başa vurub

"Rəvan Sığorta" ASC bu ilin I yarısını 4,838 milyon manat zərərlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 445 min manat mənfəətlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, yanvar-iyun aylarında "Rəvan Sığorta"nın gəlirləri 2,425 milyon manat (2,2 dəfə çox), xərcləri isə 2,178 milyon manat (3,25 dəfə çox) təşkil edib.

Bu il iyulun 1-nə "Rəvan Sığorta"nın aktivləri 12,07 milyon manat olub ki, bu da illik müqayisədə 24,7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 38,7% artaraq 4,047 milyon manata çatıb, balans kapitalı isə 38,85% azalaraq 8,022 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər