İnvestisiya
743

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2,6% artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2,6% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 7 588,3 milyon manat məbləğində, yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% çox vəsait yönəldilib.

"Renkinq" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyalar 22,9% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsait isə 9,6% azalıb.

İstifadə olunmuş vəsaitin 5 104,7 milyon manatı və yaxud 67,3%-i məhsul istehsalı sahələrinə, 1745,9 milyon manatı (23,0%-i) xidmət sahələrinə, 737,7 milyon manatı (9,7%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 692,5 milyon manatını və yaxud 61,8%-ni daxili vəsaitlər təşkil edib, 4 703,9 milyon manatı və yaxud 62%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,7%, büdcə vəsaitləri 22%, bank kreditləri 6,2%, əhalinin şəxsi vəsaitləri 5,8%, sair vəsaitlər 4,2%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,1% təşkil edib.

2020-ci ilin yanvar-iyul aylarında Bakıda “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, modul tipli hospital, “Böyükşor” və “Əhmədli” elektrik yarımstansiyaları, Naxçıvan MR-da 2 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıtda 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezon istehsalı müəssisəsi, modul tipli xəstəxana, Gəncədə tikinti materialları istehsalı zavodu, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi, Şəkidə modul tipli xəstəxana, 200 çarpayılıq xəstəxana binası, Abşeronda modul tipli xəstəxana, Ağcabədi rayonunda “Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafada “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Kompleksi, Balakəndə regional “Asan xidmət” mərkəzi, Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, Goranboyda “Azərxalça”nın filialı, İsmayıllı rayonunda modul tipli xəstəxana, Kürdəmir rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça”nın filialı, Qazaxda əhəng zavodu, “Azərxalça”nın filialı, Qəbələdə modul tipli xəstəxana, Qobustanda modul modul tipli xəstəxana, Tərtərdə Olimpiya İdman Kompleksi, Dövlət Rəmzləri Muzeyi, “Azərxalça”nın filialı, Tovuzda "Asan Həyat” kompleksi, “Azərxalça”nın filialı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, Şəmkirdə “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Bölmədən olan bütün xəbərlər