Büdcə
355

Azərbaycan iqtisadiyyatı 2,8% kiçilib

Azərbaycan iqtisadiyyatı 2,8% kiçilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 40 008,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

"Renkinq" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,6%, neft-qaz sektorunda isə 4,5% azalıb.

ÜDM istehsalının 35,3%-i sənaye, 11,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5%-i nəqliyyat və anbar təsərrüfatı, 7,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3%-i tikinti, 2,0%-i informasiya və rabitə, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,0%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ni təşkil etmişdir.

Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri 10,8% azalaraq 4 015,1 manata bərabər olub.

Bölmədən olan bütün xəbərlər