Sığorta
378

"Günay Sığorta"nın mənfəəti artıb

"Günay Sığorta" ASC bu ilin I yarısını 630 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 439 min manat mənfəətlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, yanvar-iyun aylarında "Günay Sığorta"nın gəlirləri 4,712 milyon manat (illik müqayisədə 56,45% çox), xərcləri 3,925 milyon manat (52,55% çox), mənfəət vergisi ödəmələri isə 157 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il iyulun 1-nə "Günay Sığorta"nın aktivləri 14,479 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,45% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 25% artaraq 4,977 milyon manata, balans kapitalı isə 2,1% artaraq 8,502 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər