Bankçılıq
415

Azərbaycanda 12 bankın əməliyyat mənfəəti azalıb

Azərbaycanda 12 bankın əməliyyat mənfəəti azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-nun bu ilin yanvar-iyun aylarındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Turan Bank", "Günay Bank", "Express Bank", "Naxçıvan Bank", "Bank of Baku", "Rabitəbank", "Kapital Bank", "Bank BTB" və "Xalq Bank"dır. Ən yüksək dinamika "Turan Bank"da (16,2 dəfə), ən aşağı dinamika isə "Xalq Bank"da 4,4%) qeydə alınıb.

12 bankın - "AFB Bank", "Bank Avrasiya", "PAŞA Bank", "Zıraat Bank Azərbaycan", "Azərbaycan Beynəlxalq Bankı", "Yapı Kredi Bank Azərbaycan", "Azər-Türk Bank", İran Milli Bankının Bakı filialı, "Azərbaycan Sənaye Bankı", "Bank Respublika", "Access Bank" və "Unibank"ın isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma "Unibank"da (84%), ən az azalma isə "AFB Bank"da (1,2%) qeydə alınıb.

1 bankın - "Bank VTB Azərbaycan"ın əməliyyat zərəri 23,5% artıb, 1 bankın - Pakistan Milli Bankının Bakı filialının isə əməliyyat zərəri 2,5% azalıb.

2 bank - "Muğan Bank" və "Yelo Bank" bu ilin yanvar-iyun aylarında əməliyyat zərəri ilə üzləşib, ötən ilin eyni dövründə isə əməliyyat mənfəəti əldə edib, 1 bank - "Premium Bank" isə bu ilin I yarısından əməliyyat mənfəəti ilə çıxıb, ötən ilin eyni dövründə əməluyyat zərərinə uğrayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər