Bankçılıq
381

Azərbaycanda 4 bank əməliyyat zərərinə uğrayıb

Azərbaycanda 4 bank əməliyyat zərərinə uğrayıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-ü bu ilin yanvar-iyun aylarında əməliyyat mənfəəti əldə etməyib, başqa sözlə əməliyyat zərərinə uğrayıb.

"Renkinq" xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, "Yelo Bank", "Muğan Bank" və "Bank VTB Azərbaycan"dır.

Zərərin ən yüksək həddi "Bank VTB Azərbaycan"da (3,449 milyon manat), ən aşağı həddi isə Pakistan bankında (235 min manat) qeydə alınıb.

Qalan 22 bankın müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Ən yüksək göstərici "Kapital Bank"da (165,677 milyon manat), ən aşağı göstərici isə "Azər-Türk Bank"da (457 min manat) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər