Büdcə
255

Azərbaycanda orta maaş 720 manata düşüb

Azərbaycanda orta maaş 720 manata düşüb

Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 81,4 min nəfər və yaxud 5% faiz artaraq 1 695,1 min nəfər olub, onlardan 922,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

"Renkinq" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, muzdla işləyənlərin 19,5%-i təhsil, 18%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,2%-i tikinti, 8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 23% artaraq 720 manat təşkil edib (bu rəqəm yanvar-may aylarında 728,9 manat olub). İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bölmədən olan bütün xəbərlər