Büdcə
245

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% azalıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% azalıb

Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 360,036 milyon manat təşkil edib.

“Renkinq” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 4,75% artaraq 568,566 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 0,1% azalaraq 1 691,439 milyon manat, aksizlər üzrə daxilolmalar 51,7% azalaraq 78,489 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 16,8% azalaraq 21,543 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər