Büdcə
378

Milli Məclis dövlət büdcəsinə dəyişiklikləri qəbul edib

Milli Məclis dövlət büdcəsinə dəyişiklikləri qəbul edib

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər müzakirə olunaraq qəbul edilib. 

"Renkinq" xəbər verir ki, dəyişikliyə əsasən, gəlirlər üzrə proqnoz 10,5 milyon manat azaldılaraq 24 134,5 milyon manatdan 24 124 milyon manata endirilib, xərclər üzrə proqnoz isə 597,5 milyon manat artırılaraq 26 894,7 milyon manatdan 27 492,2 milyon manata qaldırılıb.

Son nəticədə büdcə kəsiri üzrə proqnoz 608 milyon manat və yaxud 22% artılaraq 2 760,2 milyon manatdan 3 368,2 milyon manata çatdırılıb. 

Bölmədən olan bütün xəbərlər