İnvestisiya
147

ARDNF-in vəsaitlərinin 94%-i 3 əsas xarici valyutada yerləşdirilib

ARDNF-in vəsaitlərinin 94%-i 3 əsas xarici valyutada yerləşdirilib

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli onun aktivlərinin, demək olar ki, 100%-i qədər və yaxud 42 636,7 milyon ABŞ dolları təşkil edib.

“Renkinq” Fonda istinadən xəbər verir ki, bu vəsaitin 68,4%-i elə dollarda, 20,3%-i avroda, 4,9%-i isə ingilis funt-sterlinqində yerləşdirilib. 

Başqa sözlə, üç əsas xarici valyutanın investisiya portfelində payı 93,6% təşkil edib. Digər valyutalara gəlincə, portfeldə Avstraliya dolları 0,5%, Türkiyə lirəsi 0,7%, Rusiya rublu 0,6%, Koreya vonu 0,5%, Çin yuanı 1,2%, Yaponiya yeni 1,5%, digər valyutalar isə 1,4% paya malikdir. 

ARDNF investisiya portfelinin xarici valyutalar və qiymətli metallar üzrə bölgüsü ilə yanaşı, müxtəlif aktivlər üzrə bölgüsünü də açıqlayıb. Beləliklə, Fondun investisiya portfelində istiqrazların və pul bazarı alətlərinin payı 66,8%, səhmlərin payı 13,7%, daşınmaz əmlakın payı 5,9%, qızılın payı isə 13,6% təşkil edib. 

Xatırladaq ki, bu il ARDNF-in aktivləri 0,2% azalıb. 

Bölmədən olan bütün xəbərlər