Büdcə
134

Azərbaycanın xarici ticarət dövriyyəsi 25% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 25% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 12,676 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.,

“Renkinq” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% azdır.

6 aylıq xarici ticarət dövriyyəsinin 7,686 milyard dolları ixracın, 4,99 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23%, idxal isə 28,9% azalıb.

Son nəticədə xarici ticarətdə 2,697 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 9% azdır. 

Bölmədən olan bütün xəbərlər