Bankçılıq
304

ADIF "Synergy Group"un şirkətini məhkəməyə verib

ADIF

Azərbaycan Mərkəzi Bankının lisenziyasını ləğv etdiyi "Atrabank" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Synergy Group" MMC-yə daxil olan "Synergy Jet" MMC-ni məhkəməyə verib.

"Renkinq" xəbər verir ki, iddiaya səbəb kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə mübahisələrdir.

İşlə bağlı cavabdeh qismində fiziki şəxs Ayaz Amil oğlu Qəhrəmanov da çıxış edir. O, həm də "Ata Holding" MMC-yə daxil olan "Atalizinq" MMC-nin direktorudur.

İlkin instansiya məhkəməsindən keçmiş işə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim Vüsalə Baxışovadır.

Bölmədən olan bütün xəbərlər