Bankçılıq
265

"Bank VTB Azərbaycan"ın səhmdarlarının yığıncağı keçiriləcək

Avqustun 25-də, saat 11:00-da "Bank VTB Azərbaycan" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

"Renkinq" bu barədə Banka istinadən xəbər verir. 

Məlumata görə, yığıncaq "Bank VTB Azərbaycan"ın Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən baş ofisində olacaq. 

Yığıncağın gündəliyinə Bankın Müşahidə Şurası üzvlərinin səlahiyyət müddətinin artırılması məsələsi daxildir. 

Bölmədən olan bütün xəbərlər