Bankçılıq
234

İran Milli Bankının Bakı filialı bu ilin I yarısını mənfəətlə başa vurub

İran Milli Bankının Bakı filialı bu ilin I yarısını mənfəətlə başa vurub

İran Milli Bankının Bakı filialı bu ilin I yarısını 462 min manat xalis mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 16,906 milyon manat xalis zərərlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, yanvar-iyun aylarında İran bankının gəlirləri 1,575 milyon manat (illik müqayisədə 17,6% az), xərcləri 953 min manat (37,1% çox), xüsusi ehtiyatlara ayırmaları 159 min manat (99,1% az), mənfəət vergisi ödəmələri isə 2 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.

Bu il iyulun 1-nə İran bankının aktivləri 83,981 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,4% azdır. Bunun 4,912 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 13,9% böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 8,2% artaraq 46,926 milyon manata, o cümlədən depozit portfeli 7% artaraq 10,767 milyon manata çatıb, balans kapitalı isə 30,9% azalaraq 37,055 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər