Bankçılıq
278

"Kapital Bank"ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər təqdim edildi

Ölkə prezidentinin müvafiq göstərişlərinə əsasən, həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında mənzillə təminat proqramı  xüsusi yer tutur.Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir ki, "Kapital Bank" ASC da bu işə öz töhfəsini verdi.

Belə ki, "Kapital Bank" korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, əhalinin işsiz, əlil, məcburi köçkün və aztəminatlı ailələr kateqoriyasına aid olan şəxslər üçün müxtəlif tədbirlər həyata keçirir. Bu dəfəki sosial aksiya,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilərək, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Təqdimat mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və "Kapital Bank"ın Filial şəbəkəsinin idarə edilməsi departamentinin direktoru Tural Ayvazlı iştirak edib. Şirvan rayonu, Nəriman Nərimanov küçəsi, 4 ünvanında yerləşən, 4 mərtəbəli, 3 bloklubinada 68ədəd mənzil, sahiblərinə təqdim edildi.

Mənzillər təmirli olmaqla, yerləşdiyi ərazidə idman və uşaq meydançası yaradılıb. Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 6-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları isə üçotaqlıdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər