Büdcə
258

Gəncə Şəhər İcra Hakimiyyəti 32 milyon manatlıq 2 tenderə yekun vurub

Gəncə Şəhər İcra Hakimiyyəti 32 milyon manatlıq 2 tenderə yekun vurub

Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi abadlıq-quruculuq işlərininin aparılması (1), eləcə də xüsusi geyim formasının satın alınması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Renkinq" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Ərdagı” və "LK Machinery" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 3,175 milyon manat və 28,476 milyon manat, ümumilikdə isə 31,651 milyon manat ödəniləcək.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər