Büdcə
224

ARDNF ötən il 4 milyard manatdan çox xalis mənfəət əldə edib

ARDNF ötən il 4 milyard manatdan çox xalis mənfəət əldə edib

Dövlət Neft Fondu (ARDNF) 2019-cu ili 4 316,219 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Fond 2018-ci ildən 768,439 milyon manat xalis zərərlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, ötən il ARDNF-in faiz gəlirləri 963,452 milyon manat (əvvəlki ilə nisbətən 4% çox), dividend gəlirləri 390,334 milyon manat (46,5% çox), məzənnə fərqindən zərəri 524,267 milyon manat (62,85% az), aktivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 2 245,291 milyon manat (əvvəlki il zərər olub), qızıl külçələrdən gəlirləri 1 194,59 milyon manat (36,8 dəfə çox), investisiya mülkiyyətinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 64,971 milyon manat (əvvəlki il zərər olub), icarə gəlirləri 75,724 milyon manat (54,7% az), sair əməliyyat gəlirləri 32,937 milyon manat (87,9% az), əməliyyat xərcləri 103,437 milyon manat (0,1% az), birgə müəssisələr hesabına zərəri 22,056 milyon manat, mənfəət vergisi ödəmələri isə 1,32 milyon manat (2,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə ARDNF-in aktivləri 74 311,156 milyon manat olub ki, bu da illik müqayisədə 12,5% çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 7,35% artaraq 1 088,816 milyon manata, balans kapitalı isə 12,55% artaraq 73 222,34 milyon manata çatıb. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər