Bankçılıq
281

"Günay Bank" bu ilin I yarısını mənfəətlə başa vurub

"Günay Bank" ASC bu ilin I yarısını 618 min manat mənfəətlə başa vurub.

"Renkinq" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,8% azdır.

Yanvar-iyun aylarında "Günay Bank"ın əməliyyat gəlirləri 10,742 milyon manat (illik müqayisədə 14% çox), əməliyyat xərcləri 8,226 milyon manat (0,7% çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,899 milyon manat (3,8 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Günay Bank"ın aktivləri 247,199 milyon manat olub ki, bu da 1 il əvvəl nisbətən 10,2% çoxdur. Bunun 154,079 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 18,35% böyüyüb.

Hesabat dövründə "Günay Bank"ın öhdəlikləri 12,8% artaraq 181,886 milyon manata, o cümlədən depozit portfeli 10,5% artaraq 103,251 milyon manata, balans kapitalı isə 3,7% artaraq 65,312 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər