Digər
310

“Azərsun Holdinq”in xalis mənfəəti 2 dəfədən çox artıb

“Azərsun Holdinq”in xalis mənfəəti 2 dəfədən çox artıb

“Azərsun Holdinq” MMC 2019-cu ili 52,972 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2,4 dəfə çoxdur.

Ötən il “Azərsun Holdinq”in satışdan gəlirləri 1 003,658 milyon manat (əvvəlki ilə nisbətən 37,5% çox), satışının maya dəyəri 762,796 milyon manat (18,1% çox), satış və planlaşdırma xərcləri 46,745 milyon manat (5,45 dəfə çox), ümumi və inzibati xərcləri 124,445 milyon manat (2,5 dəfə çox), maliyyə xərcləri 9,726 milyon manat (22,6% çox), asılı müəssisələri investisiyalardan gəlirləri 0,014 milyon manat (95,4% az), məzənnə fərqindən gəlirləri 0,109 milyon manat (əvvəlki il zərər olub), digər gəlirləri 12,672 milyon manat (2,4 dəfə çox), törəmə müəssisələrin silinməsi üzrə zərəri 1,233 milyon manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri 19,575 milyon manat (70,45% çox), təxirə salınmış vergi xərcləri isə 1,041 milyon manat (94,2% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərsun Holdinq”in aktivləri 708,794 milyon manat olub ki, bu da illik müqayisədə 0,5% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 19,65% azalaraq 342,333 milyon manata düşüb, balans kapitalı isə 31,2% artaraq 366,461 milyon manata, o cümlədən nizamnamə kapitalı 41,8% artaraq 127,627 milyon manata çatıb.

Xatırladaq ki, “Azərsun Holdinq” 2000-ci ildə yaradılıb. Qurum Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda bir sıra müəssisələrə malikdir.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər