Sığorta
113

Azərbaycanda 13 sığorta şirkətinin ödənişləri artıb

Azərbaycanda 13 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-may aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) isə son 1 ildə ödəniş etmədiyi üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.

"Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət 5 ayda 325 min  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “A-Qrup Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 3,516 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,4% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Azərbaycan Sənaye Sığorta" ASC-dədir. Bu şirkət 5 ay ərzində 734 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Naxçıvan Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 100% azalıb.

Bölmədən olan bütün xəbərlər