Büdcə
89

Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən ili mənfəətlə başa vurub

Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən ili mənfəətlə başa vurub

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2019-cu ili 8,235 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 988 min manat zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, ötən il Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməliyyat gəlirləri 11,773 milyon manat (əvvəlki ilə nisbətən 41,5% çox), inzibati və digər əməliyyat xərcləri 7,01 milyon manat (61,3% çox), dəyərsizləşmə üzrə ehtiyat gəlirləri 5,158 milyon manat (əvvəlki il olmayıb), dəyərsizləşmə üzrə ehtiyat xərcləri isə 1,686 milyon manat (67,3% az) təşkil edib.

Bu il yanvarın 1-nə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin aktivləri 16,2 milyon manat olub ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri təxminən 20 dəfə artaraq 1,039 milyon manata, balans kapitalı isə 2,2 dəfə artaraq 15,161 milyon manata çatıb.

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi ölkə prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 7,914 milyon manatdır.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər