Sığorta
89

Azərbaycanda sığorta haqlarının 79%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta haqlarının 79%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-may aylarında Azərbaycanda toplanılmış 355,907 milyon manat sığorta haqqının 281,066 milyon manatı və yaxud 79%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (116,541 milyon manat), "PAŞA Sığorta" (90,581 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 38,314 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (18,05 milyon manat) və "Qala Sığorta" (17,58 milyon manat) ASC-lərdir.

5 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), "Naxçıvan Sığorta" (440 min manat) və "Bakı Sığorta” (575 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,02 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,3%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 73,821 milyon manat (20,7%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər