Bankçılıq
149

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 21% azalıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 21% azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 74,6 milyon manat ipoteka krediti verilib.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,6% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 9,65 dəfə azalaraq 12,6 milyon manat, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsait isə 37,5% artaraq 55 milyon manat, İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 89% artaraq 75,6 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər