Bankçılıq
145

“Kapital Bank” “Visa” kartlarına endirim verən partnyorlara əlverişli imkanlar təqdim edir

“Kapital Bank” “Visa” kartlarına endirim verən partnyorlara əlverişli imkanlar təqdim edir

“Kapital Bank” ASC sahibkarlıqla məşğul olanlara, həmçinin partnyor olmaq istəyənlərə mütəmadi olaraq güzəştli aksiya və kampaniyalar təqdim edir. Bu dəfə təqdim olunan yenilayihə“Visa International” şirkəti ilə birgə həyata keçirilir. Layihədə Azərbaycan və dünya üzrə bütün “Visa”premium kartları iştirak edir.

Şərtlərə görə, partnyorlar“Visa” premium kartları ilə nağdsız ödənişlər edən müştərilərə faiz endirimləri verərək, bir sıra üstünlüklərdən istifadə edə bilərlər. Belə ki, “Visa Classic”, “Visa Gold”, “Visa Platinum”, “Visa Signature” və “Visa Infinite” kart sahiblərinə endirim təqdim edən partnyorlar, “Kapital Bank”ın endirimli komissiyalardan bəhrələnə, POS terminal və “e-Commerce” layihəsinə pulsuz qoşula bilərlər.

Həmçinin endirim təqdim edən şirkətlərin internet saytları olmazsa, onlara pulsuz sayt hazırlanma imkanı təqdim ediləcək. Əlavə olaraq bu layihə vasitəsi ilə partnyorlar ölkədaxili və xaricdə yeni müştərilər qazanacaqlar.

Müraciət etmək istəyənlər (050) 255 01 96 nömrəsi və yaxudecommerce@kapitalbank.az ünvanı ilə əlaqə saxlaya bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Bölmədən olan bütün xəbərlər