Sığorta
154

Azərbaycanın sığorta bazarı 12% böyüyüb

Azərbaycanın sığorta bazarı 12% böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 355,907 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 136,8 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 45,9% çoxdur.

2020-cu ilin yanvar-may aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,4 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-may aylarında bu göstərici 29,4 manat olub.

Bölmədən olan bütün xəbərlər