Bankçılıq
147

Azərbaycanın bank sektorunun xalis mənfəəti 4% azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 4% azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 314,5 milyon manat xalis mənfəət əldə edib.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır.

5 ay ərzində bankların əməliyyat gəlirləri 1 062,3 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 4,3% az), əməliyyat xərcləri 677,6 milyon manat (0,9% çox), xüsusi ehtiyatlara ayırmaları 4,5 milyon manat (95,6% az), mənfəət vergisi ödəmələri isə 65,7 milyon manat (2,1 dəfə çox) təşkil edib. 

Bölmədən olan bütün xəbərlər